STP Təcrübə Proqramı - 2021 ödənişli təcrübə proqramına start verildi

STP Təcrübə Proqramı - 2021 ödənişli təcrübə proqramına start verildi Layihənin başlıca məqsədi təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan, lakin öyrənməyə meyilli gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır.

Layihə çərçivəsində gənclər Regionun qeyri-neft sektorunun ən böyük istehsalçısı olan sənaye müəssisəsində yerli və xarici peşəkarlarla birgə təcrübə keçmək və çalışmaq imkanını əldə edəcəklər. Təcrübə proqramı STP, onun Biznes Vahidləri və Birgə müəssisələrində 20-yə yaxın müxtəlif peşə və ixtisası əhatə edəcəkdir. 

Müraciət edən namizədlər əvvəlcədən elan olunmuş meyarlar əsasında seçiləcək. T'crwb' proqram; 6 ay davam edəcək. Bu müddətdə xüsusi  fərqlənmə  göstərən  iştirakçılar STP-nin tərəfdaşları olan Türkiyənin iri sənaye müəssisələrində təcrübə qazanmaq şansını əldə edəcəklər.

STP Təcrübə Proqramı - 2021” layihəsində iştirak etmək istəyən namizədlər müraciət qaydaları, təcrübə üçün mövcud tələblər barədə ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə edə bilərlər:

LinkedIn – https://www.linkedin.com/showcase/stp-intership

İqtisadiyyat   Baxılıb: 1140   Tarix: 2021-03-02



DİGƏR MARAQLI XƏBƏRLƏR