Sadələşdirilmiş vergini mürəkkəbləşdirən məqamlar…

Sadələşdirilmiş vergini mürəkkəbləşdirən məqamlar… Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklər dövriyyəsindən asılı olmayaraq restoran-kafe sahibkarlara sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ versə də, onların bu hüquqdan yaralanmasına çox ciddi bir məhdudiyyət də qoyur.

 

Belə ki, Əgər ixtiyari bir mağaza və ya restoran (kafe, yeməkxana) əhali ilə yanaşı, vergi orqanında qeydiyyatda olan fərdi sahibkara və ya hüquqi şəxslərə də ən azı bir dəfə mal satdıqda və ya xidmət göstərdikdə, dövriyyəsinin və işçi sayının necə olmasından asılı olmayaraq dərhal sadələşdilmiş vergi ödəyicisi olmaq hüququnu itirir.

Belə vəziyyətdə kiçik mağaza və ya kafelər birmənalı olaraq vergi orqanında qeydiyyatda olan müştərilərindən imtina edə bilər. Bu isə kiçik sahibkarın könüllü olaraq öz gəlirlərindən iri sahibkarların xeyrinə imtina etməsinə gətirib çıxarda bilər. Vergi Məcəlləsindəki bu dəyişiklik eyni zamanda, alıcı-sahibkarlar üçün də çətinliklər yarada bilər. Bir misal ilə bunu da göstərək: Rayonun yerində konkret brend malı sadələşdirilmiş vergi ödəyicisi olan cəmi 1 distrubuter mağaza satır. Onda həmin mağazadan brend malın VÖEN-li şəxs (hüquqi və ya fiziki fərq etməz) aldıqda mağaza bunu satmaqdan imtina edə bilər. Çünki bu alqı-satqı mağazanı sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan məhrum edəcək.

Amma belə vəziyyətdə sahibkarlar alternativ qanuni çıxış yolu da tapa bilər, amma bu yol sahibkarlar üçün izafi iş artırmış olacaq. Məsələn, mağaza işlədən sahibkar mağazasının satış sahəsini öz adına uçota alıb, anbar sahəsini başqa bir vergi ödəyici kimi qeydiyyata saldıra bilər. Yəni 1 mağazada 2 müxtəlif vergi ödəyicisi fəaliyyət göstərmiş olacaqdır. Bu halda, əhaliyə satış mağazanın satış hissəsinə aid olan vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı (yaxud pos-terminal) ilə həyata keçiriləcəkdir. Həmin mağazanın vergi ödəyicisi olan müştərilərinə satış elektron vergi hesab faktura ilə anbarın aid olduğu 2-ci vergi ödəyicisi tərəfindən birbaşa anbardan göndəriləcək, ödəniş isə bank hesabları ilə nağdsız ödəniş (bank) qaydasında həyata keçiriləcəkdir. Eyni analoji addımı kafelər də ata bilər.

Göründüyü kimi, nəticədə yenə də vergi bəyannaməsi təqdim edən ödəyicilərin sayı süni şəkildə şişəcək, vergi nəzarəti yenə çoxlu sayda ödəyici üzərinə nəzarət üçün böyük administrativ resurslar səfərbər etməli olacaq, vergi ödəyici isə əlavə mühasibatlıq işi ilə qayğılarını bir az da artırcaq.

Vergi qanunvericiliyində indiyədək mövcud olan ikili vergi mükəlləfiyyəti statusu burda mümkün ola bilərdimi? Cavab – mümkün idi. Belə ki, Məcəllənin 218.5.4-cü maddəsinə görə əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər sadələşdirilmiş vergi ödəyici ola bilməzlər, lakin elə Məcəllənin 221.7-ci maddəsi bu şəxslərin əmlakın icarəyə verilməsindən və royaltidən kənar fəaliyyət növləri üçün sadələşdirilmiş vergi tətbiq etmək hüququnu tanıyır. Bu isə o deməkdir ki, vergi inzibatçılığında və mühasibat uçotunda analoji – ikili vergi mükəlləfiyyəti təcrübəsi hüquq normaları ilə tənzimlənir və indiyədək tətbiq edilməkdədir.

Vergi qanunvericiliyində indiyədək mövcud olan ikili vergi mükəlləfiyyəti statusu burda mümkün ola bilərdimi? Cavab – mümkün idi. Belə ki, Məcəllənin 218.5.4-cü maddəsinə görə əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər sadələşdirilmiş vergi ödəyici ola bilməzlər, Məcəllənin 221.7-ci maddəsi bu şəxslərin əmlakın icarəyə verilməsindən  kənar fəaliyyət növləri üçün sadələşdirilmiş vergi tətbiq etmək hüququnu tanıyır. Bu isə o deməkdir ki, vergi inzibatçılığında və mühasibat uçotunda analoji – ikili vergi mükəlləfiyyəti təcrübəsi hüquq normaları ilə tənzimlənir və indiyədək tətbiq edilməkdədir.

 

 

 

 

İqtisadiyyat   Baxılıb: 1444   Tarix: 2019-02-24



DİGƏR MARAQLI XƏBƏRLƏR