Samsung yeni bank kartı təqdim elədi

Samsung yeni bank kartı təqdim elədi Cənubi Koreyaya məxsus texnologiya şirkəti 'Samsung Money' adlı fiziki debet kartını ictimayyətə təqdim etdi.

Samsung Pay mobil ödəmə platforması ilə birləşdirilmiş titan kartının nömrəsi, istifadə müddəti, CVV kodu və imzası yoxdur.
Samsung Money yalnız smartfon tətbiqi ilə tətbiq edilə bilər. Bu tətbiq olmadan fiziki kredit kartından istifadə edilə bilməz.
Şirkət açıqlamasına görə, Samsung Money bu yay ABŞ-da satışa çıxarılacaq.
İstifadəçilərə bu kartdan istifadə üçün heç bir haqq ödənilmir.
Samsungun debet kartını ABŞ-dan kənar ölkələrdə təklif edib etməyəcəyi ilə bağlı hələ rəsmi bir açıqlama verilmir.

Texnologiya   Baxılıb: 1081   Tarix: 2020-05-30



DİGƏR MARAQLI XƏBƏRLƏR