Şəbnəm Tovuzlunun MTN məsələsində Sipark-ın rəhbəri Seymurun rolu varmı?

Şəbnəm Tovuzlunun MTN məsələsində Sipark-ın rəhbəri Seymurun rolu varmı? Bir müddət əvvəl Bakı sakini Abbas Rzaqulu oğlu Həsənlinin ölkə rəhbərliyinə ünvanladığı məktubda belə deyilirdi: "Hər cür cinayətə əli bulaşmış – ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, hazırda həbsdə olan general Akif Çovdarov və onun köməkçisi Təhmasib İsgəndərovun havadarlıq etdiyi ”Evrostroy-S” MMC-nin prezidenti Seymur Nizam oğlu İsayevin mənə qarşı etdiyi cinayət əməllərinə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində hüquqi qiymət verilməsini xahiş edirəm

"Evrostroy” tikinti şirkətinin adı dəyişdirilərək hal - hazırda "Sipark” şirkəti olub və onun rəhbəri Şəmkirin Düyərliəndindən olan Seymur İsayevidir. 

Seymur İsayevin Bakıya bir neçə ilə əvvəl Peterburqdan birlikdə gələn həmyerlilərini Zaur Rəfael oğlu İmamverdiyev və Famil Qoçu oğlu Xəlilov (Şəmkirin Şiştəpə kəndindəndir) də "Evrostroy” şirkətinə şərik edib. 

Famil Xəlilov müğənni Şəbnəm Tovuzlu ilə sevgili olub. Burda qeyd etmək yerinə düşər ki, bir neçə il bundan əvvəl müğənni Şəbnəm Tovuzlunun qadın alveri ilə bağlı MTN-ə aparılması barədə mətbuatda xəbərlər yayılmışdı. Yayılan xəbərdə o da bildirilirdi ki, müğənninin birlikdə yaşadığı şəxs MTN generalı Akif Çovdarovla dostluğundan istifadə edərək onu nazirliyə aparıb, orada müğənniyə verdiyi 3 otaqlı evi zorla ondan alıblar. Müğənniyə isə deyiblər ki, onu MTN-dən azad edilməsini xahiş edən Seymur İsayevdir. Guya Seymur İsayev onun MTN tərəfindən həbs edilməsini mətbuatda oxuyub və azad edilməsi üçün Akif Çovdarovdan xahiş edib.

Həmin dövrdə Şəbnəm Tovuzlunun (Əsədovanın) “Yeni Müsavat”a bu məsələər barəsində açıqlama vermişdi: “Xəbərlərdə adı hallanan Famil Xəlilov rəsmi nikahla ərimdir. Bizim həm rəsmi nikah sənədimiz var, həm kəbinimiz. Yəni o adam mənim sevgilim deyil. Akif Çovdarvla da əlaqəsi ola bilər. Çünki iş adamıdı, onun hər kəsli münasibətinin olması təbiidir. Sözügedən evə gəldikdə, biz o evi satmışıq, amma kiminsə onu mənim əlimdən zorla alması barədə deyilənlər tam yalandır”.

Jurnalistin “Sizi Akif Çovdarovun kabinetində Familin qarşısında diz çöküb ondan üzr istəməyə, sizə hədiyyə etdiyi evi geri qaytarmağa məcbur etmələri barədə yazılanlar doğrudurmu” sualına Ş.Əsədova belə cavab vermişdi:“Famil mənim ərimdi, mən niyə onun qarşısında diz çöküb yalvarım?! Bizim aramızda qısqanclıq mövzusunda mübahisə olmuşdu, o da ötüb keçdi. Bəzən 20 ilin ailələrinin arasında bu cür mübahisələr, narazılıqlar yaşanır. Buna görə hamını MTN-ə aparıb sorğu-sual etmirlər ki…”

 

Şou-biznes   Baxılıb: 1785   Tarix: 2019-04-05



DİGƏR MARAQLI XƏBƏRLƏR