Şərabçılıq problemi: İsrail təcrübəsi

Şərabçılıq problemi: İsrail təcrübəsi Orada böyük gəlirlər gətirən, butik-qaraj (mini) tipli şərab istehsalçılarının sayı 300-dən artıqdır

 

Dünyada ən yaxşı şərab istehsal edilən yerlərdən biri də İsraildir. İsraildə  qanuna müvafiq şərab istehsalı və satışı  ilə məsğul olanlara heç bir qadağa qoyulmur. Bu ağıllı-uzaqgörən siyasət nəticəsində orada böyük gəlirlər gətirən, butik-qaraj (mini) tipli şərab istehsalçılarının sayı 300-dən artıqdır.
Orada hər kəsin işləmək azadlığı təmin olunub. Avropa Birliyi ilə sazişə görə, AB-yə daxil olan olkələrə heç bir qadağa qoyulmadan, standartlara uyğun şərab, üzüm satışı edilə bilir.
Bugünkü İsrailin üzüm-şərabçılığının keçdiyi yolu heç də həmişə rəvan saymaq olmaz. İslam dininin spirtli içkilərin içilməsinə qoyduğu qadağalar orada bu sahənin inkişafını 1000 ilə qədər müddətdə dayandırmışdır. Lakin yəhudilərin genlərinə hopmuş bu gəlirli sahə onlar tərəfindən unudula bilməzdi və ilk yəhudi köçkün ailələrinin geri qayıdışı ilə bərabər, 1880-ci ildən başlayaraq, üzüm bağlarının salınmasına da yenidən başlanılmışdır.
Daha sonra isə, Zamanı qabaqlamaq məqsədi ilə bütün eksperimentlərdən imtina edilərək, Avropada məskunlaşmış yəhudi icmaları vasitəsi ilə şöhrəti, zəngin üzümçülük-şərabçılıq ənənəsi olan Fransanın Bordo əyalətindən baron Edmond de Rotşild İsrailə dəvət olunur.
Rotşildin əsasını qoydugu “KARMEL” birliyi İsraildə ən böyük şərab istehsalçısı və ixracatçısıdır. Bundan əlavə, İsraildə münbit olmayan, cansız-qumsal torpaqlarda becərilən üzümlərdən keyfiyyətli, uyğun növlü şərablar istehsal edən “NEOT STADAR”, Gürcüstandan gil qablar gətirib şərab istehsal edən Slutskinin “KADMA”, Xar Xermanın Fransanın məhşur Bordo tipli qırmızı şərablar istehsal edən “KASTEL” üzüm-şərab birlikləri də genis formada fəaliyyət göstərməkdədirlər.
Bu birliklər olkə daxilinə və xaricinə ildə 40 milyon butulka təbii şirə, şərab, konyak, araq və s. növdə keyfiyyəti ilə seçilən içkilər istehsal edərək çıxarır.
Sərt yəhudi prinsipləri ilə hazırlanan “KAŞRUT” – yəhudi şərabları isə xüsusi münasibətə malikdir. Şərab hazırlanan üzümlərin yaşı 4 ildən (Qartal qanunu) asağı olmamaıdır, hər 7-ci ili (Simiti qanunu) üzümlüyə istirahət verilməlidir, istehsalda ancaq kaşrut – heyvani mənşəli olmayan təbii materiallardan istifadə olunmalı, üzümlüklərarası sahəyə heç bir kənd təsərrüfatı bitkiləri əkilməməli, ilk olaraq isə  şərab bakalına toxunan həftə ərzində intizamla isləyib “şənbə istirahəti” qaydalarına əməl edən yəhudi olmalıdır. Lakin istisna olaraq  uzun müddət saxlanma məqsədi ilə pasterizə (isti temperaturda texnoloji işlənmiş) edilmiş şərab tutumlarını istənilən adamlar aça bilərlər.
İsrail mütəxəssisləri insan sağlamlığı baxımından bütün mümkün innovativ texnologiyadan istifadə etməyə calışırlar. Ağ şərablarda antioksidant olan polifenolların miqdarını artırmaq məqsədi ilə, Mixail Avirama tibb mərkəzində şirənin qıcqırmasını üzümün əzintisi ilə birlikdə aparır, Levi Noymand şərabı heç bir qatqı olmadan, tam təbii şəkildə hazırlayır. Çünki əsas göstərici insan sağlamlığıdır.
Əsrin əvvəlindən başlayaraq İsrail şərabları müxtəlif beynalxalq konkursların bütün dəyərlərdə medal və mükafatlarını  alırlar. Onlar həm də, İnnovasiya əsaslı bu nailiyyətlərini insanlara yaşam xatirinə payçılıqla deyil, firavan həyat naminə təşkil etdikləri Beynəlxalq İnnovasiya texnologiyaları kurslarnda təcrübələrini bölüşməyi önə çəkirlər. Bu məqsədlə İsraildə “MASHAV” və “MATC” kimi dövlət agentlikləri fəaliyyət göstərir.
Hesab edirəm ki, belə innovativ kurslardan istifadə etməklə, bizdə də yenidən təşəkkül tapmaqda olan üzümçülük-şərabçılıq sahəsi lazımsız-zərərli geriyəqayıtmalardan, yerindəsaymalardan qorunmalıdır. Axı Sovetlər dönəmindən sonra yenidən, vaxtilə 240 min hektar sahədə becərilən, böyük gəlir mənbəyi olan üzümçülük və şərabçılığa qayıtmalı olan Azərbaycanda da irəliyə getmiş, elmi əsaslı praktika araşdırılmalı, öyrənilməli və tətbiqi fürsəti əldən verilməməli, ləngidilməməlidir. Regionun torpaq-iqlim şəraitinə uyğun tinglərin sort seçimi, aqrotexniki tədbirlər, ziyanvericilərlə mübarizə metodları, insan sağlamlığına ağır zərərlər verməyən alkoqollu və alkoqolsuz içkilərin istehsalı texnologiyası və şəffaf iqtisadiyyat təcrübəsinin dünya nailiyyətləri, itirilən 25-30 illik müddətdən sonra yenidən diqqətlə öyrənilməlidir. Uyğun hesab olunanların isə heç bir torpaq, iqlim, su problemi olmayan ölkəmizdə müvafiq təhsil, fermer, emal sahələrində tədrisi, təbliği və tətbiqi təmin olunmalıdır. Bu, artıq ölkəmizdə postneft dövrünün ciddi tələbidir.

(strateq.az)

Keyfiyyət   Baxılıb: 1854   Tarix: 2018-04-15



DİGƏR MARAQLI XƏBƏRLƏR