Slovakiyada yeni nəsil uçan avtomobilin uçuş sınaqları keçirilib

Slovakiyada yeni nəsil uçan avtomobilin uçuş sınaqları keçirilib Slovakiyada Klein Vision şirkəti tərəfindən hazırlanmış yeni nəsil uçan avtomobilin uçuş sınaqları keçirilib .

Belə ki, bu həftə avtomobil Piestany hava limanında bir neçə yüz metr yüksəklikdə iki uçuş həyata keçirildi.

Model inkişaf etdirən professor Stefan Kleinin dediyinə görə, əsas uçuş parametrləri aerokarın inkişafının əsaslandığı bütün nəzəri konsepsiya və hesablamaları təsdiqlədi.

AirCar V5 əslində bir avyomobildir. Amma bu avtomobil 3 dəqiqədən az bir müddətdə yol nəqliyyat vasitəsindən təyyarəyə çevrilir. Xüsusiyyəti geri çəkilə bilən bir qanadlarının olmasıdır. Yəni qanadlar geri çəkildikdə yenidən avtomobilə dönüşür.

İki nəfərlik modelin çəkisi 1100 kiloqramdır və 200 kiloqrama qədər əlavə yük daşıya bilər. Avtomobil 1.6 litrlik BMW mühərriki ilə təchiz olunmuşdur, effektiv gücü 140 at gücündə, təxmin edilən məsafəsi 1000 kilometrdir və uçuş zamanı yanacaq sərfi saatda 18 litrdir. Uçuş sürəti saatda təxminən 200 kilometrdir.

Texnologiya   Baxılıb: 1024   Tarix: 2020-11-04



DİGƏR MARAQLI XƏBƏRLƏR