Sosial şəbəkələrdəki Neftçi-Qarabağ matçı müzakirəsiylə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Sosial şəbəkələrdəki Neftçi-Qarabağ matçı müzakirəsiylə bağlı RƏSMİ XƏBƏRDARLIQ PFL-in rəsmi saytında bu barədə bəyanat yerləşdirib.

Son günlər sosial şəbəkələrdə Premyer Liqanın 11 mayda keçiriləcək sonuncu turu “Neftçi” - “Qarabağ” qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr edilməkdədir. Ölkə çempionatının keçirilməsinə cavabdeh olan PFL bəyan edir ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq.

Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq. Bu kimi halları nəzərə alan PFL oyuna ən azı iki saat öncədən gəlməyinizi, diqqətli olmağınızı, rəqib azarkeşlərə hörmət etməyinizi xahiş edir.

“Neftçi” - “Qarabağ” qarşılaşmasının keçiriləcəyi “Bakcell Arena” “Neftçi”nin ev stadionu sayılır. Lakin “Qarabağ”a qızıl medallar və çempionluq kuboku bu stadionda veriləcəyindən, bu, “Neftçi” azarkeşlərinin qıcığına səbəb olub. 

Oruc tutan şəxslər üçün stadionda “Neftçi” klubu tərəfindən xüsusi yerlər hazırlanacaq.

 

İdman   Baxılıb: 30   Tarix: 2019-05-10



DİGƏR MARAQLI XƏBƏRLƏR