Sosial sığorta kartları ləğv edildi

Sosial sığorta kartları ləğv edildi Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub.

Dəyişikliklə qanunun 9.1.1 -ci bəndi (Sığortaolunanı işə qəbul edərkən ondan dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olunmaqla) tələb etmək) ləğv edilir.

Qeyd edək ki, “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”ndə sığortaolunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə əlaqələndirilib. Başqa sözlə, fərdi uçot sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi artıq sadəcə sosial sığorta nömrəsinin olmasını yetərli edib, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilməsi öz aktuallığını və əhəmiyyətini itirib. 

İqtisadiyyat   Baxılıb: 2450   Tarix: 2021-04-23



DİGƏR MARAQLI XƏBƏRLƏR