Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı – PROBLEM VAR

Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı – PROBLEM VAR Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində problemlər yaranıb.

Vəsiqə ilə bağlı müraciət edən şəxslər onlara sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verildiyini bildirir.

“ASAN Xidmət” problemin mövcudluğu təsdiqləndi. Xidmət nümayəndəsi bütün respublikada sürücülük vəsiqələrinin bitdiyini bildirdi: “Sürücülük vəsiqələri bütün “ASAN xidmət” mərkəzləri üzrə bitib. Sürücülük vəsiqəsini əvəz edən blank formasında arayış təqdim olunur. 1 ay ərzində həmin arayış keçərlidir. 1 aydan sonra müraciət edib, arayışı sürücülük vəsiqəsi ilə bərpa edə bilərsiniz. Bütün respublika üzrə sürücülük vəsiqələri bitib“, -deyə xidmət mərkəzindən bildirildi.

http://azpolitika.info

 

Gündəm   Baxılıb: 1079   Tarix: 2019-05-03



DİGƏR MARAQLI XƏBƏRLƏR