Təhlil yazısı: Rusiya dağılacaq, Avropa zəifləyəcək, Türkiyənin güclənmək şansı var

Təhlil yazısı:  Rusiya dağılacaq, Avropa zəifləyəcək, Türkiyənin güclənmək şansı var Əvvəlcə çox uzun müddət heç bir şey olmur və sonra hadisələrin gedişi birdən sürətlənir. Amerika Vətəndaş Müharibəsi dövründə kim 50 il sonra ABŞ-ın dünyanın ən güclü dövləti olacağını düşünürdü?

Rusiya gücünü itirməyə davam edir. Sovet İttifaqının dağılması son deyildi, bunun üçün, yəni Rusiyanın dağılması üçün yeni bir mərhələnin başlanğıcı idi. Belə ki, indi neftin qiymətindən asılı olan böyük bir səmərəsiz ölkə olaraq qalan Rusiya eynilə keçmiş SSRİ-nin bütün səhvlərini təkrarlayır. Məsələn, Sovet İttifaqı Çexoslovakiyaya qoşun göndərdi. İndi isə Rusiya hərbçiləri digər ölkələrdədir. Ancaq bunun bir təsiri varmı? Yox. Ruslar bu ölkələrlə münasibət qurmağa çalışırlar, amma bu cəhdlər boşdur: Moskvanın onlara, bu ölkələrə təklif edəcəyi bir şey yoxdur. Belə ki, əgər 1960-cı illərdə ən azından əhəmiyyətli maddi yardım edə bilərdisə, bu gün həmən imkanlar Rusiyada yoxdur. Bugünkü FTB (ФСБ) potensial baxımından DTK-dan (КГБ) daha az gücə sahibdir. Rus bölmələri işləmir, nizam-intizamı qoruya bilmirlər və bu səbəbdən Moskvanın kiməsə kömək etməsi çətindir. Tarix iki dəfə təkrarlanır: ilk dəfə faciə, ikincisi fars olaraq. Rusiya artıq ikinci mərhələdədir. 

Rusiya iqtisadiyyatının nə qədər zəif olduğuna diqqət yetirin. Son illər aşağı neft qiymətlərindən əziyyət çəkir, dövlət özünü təmin edə bilmir. Müasir Rusiya Üçüncü Dünya ölkəsinə çevrilməkdədir, qiymətlərinə nəzarət etmədiyi təbii ehtiyatların ixracı hesabına yaşayır. Bu o deməkdir ki, onun gələcəyi üzərində heç bir nəzarəti yoxdur. Bununla birlikdə, eyni şey dünyanın böyük ixracatçılarına aiddir. Almaniya və ya Rusiya kimi ixracatdan çox asılı olan ölkələr, istər-istəməz qlobal bazarlardakı dalğalanmalardan təsirlənirlər. İnkişaf etmiş daxili bazarı olan dövlətlər bundan qaça bilər.

Amma bu ö demək deyil ki, Rusiya belə asanlıqla dağılacaq. Qərv siyasi dairələrində bir söz var: Rusiya əlində atom bombası gəzən bir ayıdır, onu nı ac qoymaq olar nə də tox. Çünki ac ayı əlindəki bombanı atıb yemək axtaracaq, tox ayı isə həmişə nəşəli, keyfi kök olur və oynamağı sevir. Əlində atom bombası olan ayının oynadığını təsəvvür edin. Burdan aydın olur ki, Rusiya zəiflədiyini hiss elədikcə, dağılmaq, parçalanmaq qorxusunun reallığa çevrildiyini gördükdə cığallıq edəcək, dünya müharibəsi yaratmaqdan da çəkinməyəvcək ki, dünya bölgüsünü yenidən həyata keçirsin. Amma istənilən halda Rusiya dağılacaq. Dağılmağa, parçalanmağa məhkumdur. Yaxın on ildə Rusiyanın dağılması da daxil olmaqla geniş miqyaslı bir geosiyasi böhranla qarşılaşacağıq. Kim faydalanacaq? Üç ölkə. Birincisi, Yaponiya dünyanın üçüncü böyük iqtisadiyyatıdır. Asiyada ən güclü güc adlandırılmalı olan heç də Çin deyil, Yaponiyadır. İkincisi Polşa və üçüncüsü Türkiyə. 2018-ci ildə Polşa müstəqilliyinin bərpasının yüz illiyini qeyd edəcək. Polşa yüz il əvvəl müstəqillik qazanmışdı, lakin 1939-cu ildə yenidən itirdi və 1989-cu ilə qədər SSRİ işğalı altında qaldı. Bu gün Polşanın gələcəyi məsələsi Rusiyanın gələcəyi məsələsi ilə ayrılmaz şəkildə bağlıdır. 

Türkiyəyə gəlincə isə. Rusiyanın zəifləməsi fonunda Türkiyənin güclənməsi, həm də Azərbaycanın güclənməsi deməkdir.  Dünyəviləşmiş İstanbul ilə müsəlman baxışları arasında parçalanmaya yol vermək olmaz. Amma bunların birlikdə olması da müşkil görünür. Bunun qəddar və mürəkkəb bir proses olacağını bilə-bilə bu iki dünyanın birləşdirilməli olduğunu ilk Ərdoğan anladı və prosesi başlatdı. Əgər, bu proses başlamasa, Türkiyədə bu iki ünsür arasında vətəndaş müharibəsi baş verməsi tamamilə mümkündür. Ərdoğan müsəlmanşılıq üzərindən getməyin də tam istənilən nəticəni verməyəcəyini də dərk edir. Çünki Müsəlmançılıqda məzhəblər bu prosesi geri sala bilər. Ona görə də Ərdoğan islamçılıq fikirlərinə türk dünyası ideyasını da əlavə edib. İndi Ərdoğan həyata keçirilməsi mümkün ola bilməyən "ağır işlərlə" məşğul olur. Ancaq unutmayaq ki, Amerika Birləşmiş Ştatları da qəddar bir Vətəndaş müharibəsi keçirdi, sonra bu ölkəni birləşdirməyin mümkünsüz olduğu görünürdü, lakin sona çatdıqdan 35 il sonra Birləşmiş Ştatlar onsuz da bütün dünyanın sənaye istehsalının yarısını təşkil edirdi.  

Bəs bu sxem Türkiyədə də işləyəcəkmi? İndi bu ölkənin iqtisadiyyatı yaxşı vəziyyətdə deyil və valyutası son üç ildə ucuzlaşır. Gələcəy ümid var ya yoxdur? Təbii ki, var. Tarixi təhlil edərkən bir şey xatırlanmalıdır: başlıqlar oxumamalı, uzunmüddətli tendensiyaları izləməlisiniz. Yaxın Şərqdə baş verənlərə bir nəzər yetirin. Orada xaos hökm sürür. Balkanlarda nə baş verir? Bunu bəlkə də heç kim dərk edə bilmir. Bu bölgəyə hansı bucaqdan baxırıqsa, bir dövlət sabit görünür: Türkiyə. Bu, ölkənin mövqeyini müəyyənləşdirəndir, son üç ilin iqtisadi vəziyyəti yox. Qısa müddətdə baş verən hadisələri təhlil etdikdə istənilən tezisi sübut etmək olar, amma 20-30 illik perspektivlə işləsək, həqiqi meyllər ortaya çıxacaq.  

Bu o demək deyil ki, Türkiyənin mövqeyini heç bir şey təhdid etmir. Əlbətdə ki, bunu Hollandiyayla müqayisə etmək olmaz, Türkiyə heç vaxt belə bir ölkəyə çevrilməyəcək. Avropanı bir model kimi qəbul etmək bir xəyaldır. Amerikalıların təzyiqi olmasaydı, Avropa İqtisadi Birliyi olmazdı. Onun yaradılmasına Almaniya ilə yaxın əməkdaşlığı təsəvvür edə bilməyən Fransızlar, İtalyanlar və İngilislər qarşı çıxdı. Lakin, Marshall Planı işləyir və onları iqtisadi inteqrasiyaya cəlb etməyə məcbur edirdi. Avropa icması belə yarandı və indi bizə avropalıların icad etdiyi deyilir.

Avropa birliyindən ən çox Almaniya faydalandı və hal-hazırda da faydalanmağa çalışdı. Hazırda Almaniya aktiv şəkildə mallarını avrozona ölkələrinə satır.  Almaniyanın ÜDM-də ixracatın payı% 50-dir, bu səbəbdən başqa bir tənəzzül başlasa, ölkə zərər görəcəkdir. Alman məhsullarını kim alacaq? İxracın həcmi 10% azalsa, ÜDM 5% azalacaq. Məsələn digər ölkələri tənəzzül bürüsə (və belə bir perspektiv qaçılmazdır), onlar ilk növbədə Alman avtomobillərini almaqdan imtina edəcəklər. Bu səbəbdən Almaniya valyuta birliyinin dağılmasından çox qorxur. Brexit artıq problemlər yaratdı, çünki Almaniyanın istehsal etdiyi malların üçüncü böyük idxalçısı İngiltərədir. Ümumiyyətlə, Alman iqtisadiyyatının şişkin olduğu aydındır, indi Berlin özünü və başqalarına Avropa Birliyinin və Almaniya iqtisadiyyatının əla bir model olduğunu söyləyərək özünü aldatmaqla məşğuldur. Avropadakı hər kəs Alman rifahına həsəd aparır. Amma Ölkənizdə istehsal olunan nə qədər malın italyanlar və ya yunanlar tərəfindən alınmasından asılı olmaq nə yaxşıdır? Alman iqtisadiyyatı indi belə bir vəziyyətdədir; bu, onun "şişkinliyidir".

Bir neçə kəlmə də Çim haqqında danışaq. Əslində Çində vəziyyət heç də göründüyü kimi deyil. Borc yükünün artması səbəbindən başlayacaq ciddi bir iqtisadi böhrana hazırlaşır. Çinin borcu indi ÜDM-in 300% -ə çatıb. Yaponiya 1990-cı illərdə eyni rəqəmlərə sahib idi. Fərq budur ki, Yaponiyada yoxsulluq yaşayan bir milyard insan yox idi. Çin rəhbərliyi bu təhdidin fərqindədir və bu səbəbdən mərkəzi hökuməti gücləndirir, vaxtilə Deng Siaopin tərəfindən tətbiq edilən bütün yeniliklər tərk edilərək, ölkə diktatura tərəfə hərəkət edir. Eyni zamanda gücə əsaslanan idarəçiliyin gücləndirilməsi iqtisadiyyat üçün təhlükə yaradır. SSRİ nümunəsi göstərdi ki, bir tərəf effektiv şəkildə idarə edə bilməz.

İqtisadiyyat   Baxılıb: 1096   Tarix: 2020-10-23



DİGƏR MARAQLI XƏBƏRLƏR