Tender keşirilmə qaydası - RƏSMİ İZAH

Tender keşirilmə qaydası - RƏSMİ İZAH Büdcə təşkilatlarının satınalmalarını təftiş edərkən aşkar olunan uyğunsuzluqlar nəticəsində satınalmaların yekun protokollarının yenidən tərtib olunması və ya ümumiyyətlə satınalmaların nəticələrinin ləğv edilməsi zərurəti yaranır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti satınalan təşkilatların nəzərinə çatdırır ki, satınalma planı dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) vaxtında yerləşdirilməlidir.

Tender komissiyası qanunvericilikdə müəyyən edilmiş vaxtda formalaşdırılmalı, tender elanının və tenderin əsas şərtlər toplusunun qanunvericiliyə uyğun tərtib olunmasına nəzarət etməli və şərtlər toplusunu vaxtında təsdiq etməlidir. Tender elanında və yekun protokollarda qeyd edilən satınalma predmeti düzgün göstərilməli, tender elanları rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının vahid internet portalında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və sayda dərc edilməlidir.

Tenderdə iştirak edən malgöndərənlərin (podratçıların) adları, hüquqi ünvanları və bank rekvizitləri yekun protokollarda düzgün qeyd edilməli, onların eyni ünvanda qeydiyyatda, habelə təsisçilərinin və qanuni təmsilçilərinin eyni şəxs olub-olmaması məsələlərinə diqqət yetirlməlidir.

Tender elan edildikdən sonra elanda və tenderin əsas şərtlər toplusunda əsassız dəyişikliklərin aparılmasına yol verilmir. Belə ki, tender təkliflərinin açılışında elan olunan məlumatlar tender komissiyasının yekun protokolunda düzgün əks edilməlidir. 

Tender proseduru ilə bağlı satınalan təşkilata daxil olan şikayətlər barədə məlumat yekun protokollarda əks olunmalı və protokolları tender komissiyasının bütün üzvləri tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq tərtib olunan tender komissiyasının yekun protokolu onun imzalanmasından sonrakı 3 bank günü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda tender komissiyasının qərarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

İqtisadiyyat   Baxılıb: 1048   Tarix: 2020-08-25



DİGƏR MARAQLI XƏBƏRLƏR