Tesla 2020-ci ildə rekord sayda avtomobili satış üçün təqdim etmişdir

Tesla 2020-ci ildə rekord sayda avtomobili satış üçün təqdim etmişdir Şənbə günü avtomobil istehsalçısının veb saytında dərc olunan statistikaya görə Tesla şirkəti 500.000 avtomobilin müştərilərə çatdırılması üzrə olan 2020-ci il planından sadəcə 450 avtomobil az olmaqla icra edib və bununla da planı tam yerinə yetirməyib.

Yalnız bir ildə 499.550 nəqliyyat vasitəsi satış üçün göndərmişdir. Eyni zamanda, 2020-ci ilin dördüncü rübündə Tesla, üçüncü rübdə 139 minə qarşı 180 mindən çox avtomobil göndərərək əvvəlki rekordu təələmişdir.

CNBC-yə görə, bu, dördüncü rübdə 174.000 avtomobilin çatdırılacağını proqnozlaşdıran Wall Street-də gözləntiləri aşdı.

Keçən ilin son üç günündə şirkətin qurucusu Elon Musk-un iddia etdiyi yarım milyona çatmaq üçün Tesla, müştərilərinə tam otopilot xüsusiyyətindən üç ay pulsuz istifadə etməyi təklif etdi. Bu seçim ayrıca satın alındıqda 10.000 dollar təşkil edir.

Aslanın payı 2020-ci ildə Model 3 və Model Y-nin payına düşdü - ümumilikdə bu modellərdən 445,5 min avtomobil təslim edildi. Qalan 55 min daha bahalı Model S və Model X-dir.

Texnologiya   Baxılıb: 1019   Tarix: 2021-01-05



DİGƏR MARAQLI XƏBƏRLƏR