Tramp qaçarmı ya həbs edilər?

Tramp qaçarmı ya həbs edilər? ABŞ-ın indiyədək olan prezidentləri içərisində Tramp çox fərqli bir prezident oldu.

Vəzifədə qaldığı müddət ərzində Ağ Ev parça-parça oldu. Ənənəvi media da, sosial media da əleyhinədir. İkinci dəfə prezidentliyə cəhd etsə də, çox böyük miqdarda səs almasına rəğmən uduzdu. 

Tramp Rusiya ilə ilıq münasibətlərin yaradılmasına cəhd edirdi, Türkiyəyə isə hörmətlə yanaşırdı. Ancaq Trampın təmsil etdiyi ABŞ-la Baydenin təmsil etdiyi ABŞ fərqli olacağı açıq aşkar görünməkdədir. Bu savaş da yalnız onların ölkəsində getmir. Baydeni dəstəkləyən güclər bir neçə ildir ki, Türkiyənin Rusiya ilə arasını pozmasını tələb edirdi. Rusiya ilə yan-yana gələn bir Türkiyə fotoşəkili istənilmir. Bu dərin güclər Amerikada  özünün əzəli rəqibi olan Rusiyanın yeni dünya oyunçusu  Çin ilə yan-yana gəlməsindən və dünyanın güc balansının pozulmasından qorxu duyur. “Dərin Amerika” bu səbəblə təlaş içində olduğundan, Amerikadan var gücüylə Rusiyanın zəiflədilməsini tələb edir. “Rusiya seçkilərə qarışdı” iddiasından tutmuş ABŞ Baş qərargah rəisinin Rusiyanı hədəf almasınadək, FTB (FBİ) rəhbəri Ceyms Kominin Trampın Rusiya ilə əlaqələrini təsbit etməsindən və vəzifəsindən uzaqlaşdırılmasından tutmuş kürəkən Kuşnerin Kremlə uzanan gücünün açığa çıxarılmasınadək bütün olanlar bu savaşın tərkib hissələri idi.

Krım bu mənada maraqları öz üzərinə çəkməsi heç də təsadüfi deyil.  Belə ki, Tramp, dostunun sahib olduğu nəşrdə “The Washington Post”-un sahibi olan Cef Bezosun gizli məhəbbəti haqqında xəbər verdirmiş, məşhur iş adamı da ona “Krımlı” cavabını vermişdi…Belə ki, “The Washington Post”-un saxta nüsxələri çap olunaraq saxta qəzetdə  “Tramp helikopterlə Krıma qaçdı” manşetinin atılması, Ağ evin önündə pulsuz paylanılması əslində, dərinliklərdə gedən savaşı anladırdı. “The Washington Post”-un sahibi olan Cef Bezosun əlbəttə ki,  saxta qəzeti qəbul etməyərək, bu hadisənin onunla əlaqəsi olmadığını bildirsə də, ancaq bunun Trampa bir cavab olduğu da aydın idi. Ağ Ev önündə bu qəzeti yayanlar belə, “Nə üçün Krım?” sualına cavab verə bilməzdi. Nə üçün başqa bir yer deyil, məhz Krım? Bu suala cavab vermək üçün Trampın özünə çox yaxın hesab etdiyi və arxalandığı o təsirli, güclü yəhudi qrupu ilə olan əlaqələrinə baxmaq lazımdı. Bu zaman Trampın niyə Rusiya ilə münasibətləri ilıq tutmağa çalışması da aydın olur.  Rusiya, Trampın dəstək aldığı bu böyük gücün, yəhudi lobbisinin ikinci ana vətənidir. Bu səbəblə, saxta “The Washington Post” Trampı “Krım”a vurğu edərək təqdim edirdi. Bu, eyni zamanda “Dərin Amerika”nın “dərin səs”i idi. 2019-cu ildə bu saxta manşet atıldı, indi isə iddia bambaşqadır. Ancaq yenə Trampla, yenə qaçmaqla bağlıdır. İndi də “The Guardian” vasitəsilə Şotlandiya ilə bağlı iddia ortaya atılır.

Trampın atası alman, anası isə şotland əsillidir. Trampın anası Meri Enn Maklaud, Lyuis adasındakı (Şotlandiyanın şimali-qərbində yerləşir – tərc.) Tonq kədində anadan olub. Baydenin andiçmə mərasiminə qatılmayacaq Tramp, 19 yanvarda Ağ Evə aid olan “Boeing 757” tipli təyyarə ilə “Prestwick” hava limanına enəcək. Noyabr ayı ərzində ABŞ HHQ tərəfindən bu bölgədə aparılan kəşfiyyat və müşahidə fəaliyyətləri bu iddiaları gücləndirir. Trampı tanıyanlar belə şərh verirlər ki, “Uzun müddət ABŞ-a geri dönməyəcək, burada qalacaq”.

Ağıllarda “Tramp qaçarmı?”, “Başına nə gələ bilər?”, “Həbs oluna bilərmi?”, “Əlindəkiləri itirə bilərmi?” kimi çoxsaylı suallar dolaşır. 

 

 

İqtisadiyyat   Baxılıb: 1030   Tarix: 2021-01-18



DİGƏR MARAQLI XƏBƏRLƏR