ÜTT-yə ilk dəfə bir qadın rəhbərlik edəcək
Baş Şura, konsensusla Nigeriyalı iqtisadçı Ngozi Okonjo-Iwealanın Dünya Ticarət Təşkilatının (ÜTT) yeddinci Baş direktoru seçilməsinə qərar vermişdir.
"Təşkilat üzvləri tərəfindən ÜTT-nin Baş direktoru seçilməyimdən qürur duyuram" deyə Dr. Okonjo-Iweala bildirib.
Xatırladaq ki, bundan əvvəl, 6 fevralda Amerika səlahiyyətlilərinin Nigeriya təmsilçisi Ngozi Okonjo-Iwealanın Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru vəzifəsinə namizədliyini dəstəkləmişdi.
66 yaşlı Nigeriyalı qadının əvvəllər Dünya Bankında icraçı direktor vəzifəsində çalışdığı və 2012-ci ildə təşkilat rəhbəri vəzifəsinə müraciət etdiyi məlumdur. Bundan əlavə, 2003-2006 və 2011-2015-ci illərdə iki dəfə ölkəsinin Maliyyə Nazirliyinə rəhbərlik etmişdir.
İqtisadiyyat
Baxılıb: 1017 Tarix: 2021-02-16