Uber eyni məsələyə dair ardıcıl üç dəfə məhkəməni uduzdu

Uber eyni məsələyə dair ardıcıl üç dəfə məhkəməni uduzdu İngiltərənin GMB Union veb saytında yayımlanan press-relizə görə, onlayn nəqliyyat xidməti Uber, İngiltərənin Ali Məhkəməsində işçilərin hüquqları ilə əlaqədar qaldırılan məhkəmə iddiasını uduzdu.

Belə ki, Ali Məhkəmə, əvvəlki üç məhkəmənin qərarını qüvvədə saxlamışdır. Məhkəminin hökmünə görə Uber xidmətinin sürücüləri işçi sayılmalı və fasilələrə, məzuniyyət ödənişlərinə və minimum əmək haqqlarına sahibdirlər.

Buna qədər Uber onlayn xidmətin sürücüləri fərdi işləyən sayılırdılar. Onların heç bir güzəşti yox idi, yalnız sifarişlərin müəyyən bir faizi şəklində qazandılar. Məhkəmənin qərarına əsasən, şirkət sürücülərə podratçı kimi deyil, xidmətin bütün sürücülərini işçi kimi qeydiyyata götürmək məcburiyyətindədir.  Bu isə onlara minimum rəsmi əmək haqqı və ödənişli tətil təmin edilməsinə gətirib çıxarır.

İqtisadiyyat   Baxılıb: 1017   Tarix: 2021-02-22



DİGƏR MARAQLI XƏBƏRLƏR