Ukrayna BVF-dən kredit ala bilmədi, amma Ərəb Əmirliyi ilə 3 milyard dollarlıq müqavilə imzaladı

Ukrayna BVF-dən kredit ala bilmədi, amma Ərəb Əmirliyi ilə 3 milyard dollarlıq müqavilə imzaladı Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynadakı proqramının Ukrayna üçün stand-by formatında ilk düzəlişinə dair missiyası revizyonda müsbət bir nəticə qəbul etmədən sona çatdı.

BVF-nin Ukraynadakı rəhbəri Jost Lyngmanın 13 Fevralda yayımladığı bəyanatında “Müzakirə məhsuldar keçdi, lakin razılaşma əldə edilmədi. Müzakirələr davam edəcək " deyərək açıqlama verdi.

Xatırladaq ki, 9 iyun 2020-ci ildə BVF Ukrayna üçün təxminən 5 milyard dollar məbləğində 18 aylıq yeni bir stand-by proqramını təsdiqləmişdi. Bu məbləğin , ilk tranşı 2,1 milyard dollar təcili olaraq Ukraynaya köçürülmüşdü. Birinci tranşın ayrılmasından sonra 2020-ci ilin iyun, sentyabr və dekabr aylarının,  eləcə də iyun 2021 nəticələrinə əsasən proqramın 4 düzəlişi planlaşdırıldı. İkinci və üçüncü tranşların ölçüləri hər biri 700 milyon dollar, üçüncüsü 560 milyon dollar, son dördüncü hissəsi 980 milyon dollar nəzərədə tutulurdu.

Amma Ukrayna o qədər də bədbin deyil. Belə ki, Ukrayna Prezidenti Volodymyr Zelenskyy-nin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərindən sonra, 14-15 Fevral tarixlərində tərəflər 3 milyard dollardan çox dəyərində müqavilələr və memorandumlar imzalandı. Bunlar perspektivli investisiya layihələri və BƏƏ-nin Ukraynada dövlət mülkiyyətinin özəlləşdirmə proqramında iştirakı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlib. Bundan əlavə, Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi və INTELMAX Management Consulting ilə Fantom blok zənciri əsasında intellektual mülkiyyət mübadiləsi platformasının yaradılması üzrə əməkdaşlığı nəzərdə tutan razılaşma əldə edilib. İki ölkə arasında müdafiə sahəsində memorandum, Ukraynanın xaricində birgə zavodların tikilməsi və kənd təsərrüfatı sahsində, ölkənin qida təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı mərkəzi və ticarət şirkətinin yaradılması haqqında sənədlər də imzalanmışdır.

 

İqtisadiyyat   Baxılıb: 1066   Tarix: 2021-02-17



DİGƏR MARAQLI XƏBƏRLƏR