Üz tanıma sistemi ilə alış-veriş etmək mümkündür

Üz tanıma sistemi ilə alış-veriş etmək mümkündür Son nöqtə texnologiyası olduqca qorxuncdur. İndi aldıqlarınınzın dəyərini kağız pulla deyil, üzünüzü göstərməklə ödəmək mümkündür.

Çinin paytaxtı Pekindəki marketlərdə insanlar alış-verişlərini kassir olmadan başa çatdıra bilərlər. Belə ki, müştərilər aldıqları şeyləri yalnız üzlərini göstərməklə ödəyə bilərlər. Bu mənada texnologiyanın gəldiyi məqam diqqətəlayiqdir.

Kreativ müəssisələrin beşiyi olan Wenzhou-da hökumət Çinin ən böyük onlayn ödəmə platforması olan Alipay-ın provayderi Ant Financial və elektron ticarət nəhəngi Alibaba ilə ortaqlıq imzaladı və hələ 2015-ci ilin martında "ağıllı ticarət məkanı" inkişaf etdirməyə başlamışdılar. Bu işbirliyinin nəhayət ki, öz nəticəsini göstərdi. Şəhərin məşhur Wuma (beş at) prospekti, üz tanıma ödəməsində pilot layihə tətbiq edildi. Belə ki, küçədəki 20 mağaza Alipay tərəfindən hazırlanmış Əjdaha sistemindən istifadə etməyə başladı.

Mağazalarda müştərilər iPad ölçülü Aliexpress cihazına baxaraq 10 saniyədən az bir müddətdə aldıqlarının dəyərini ödəyə bilərlər. Biznesmen Nan Hai, mobil ödənişin çox populyarlaşdığını və insanları pul saymaqda əngəldən xilas etdiyini söylədi. bu mənada şəhər rəhbərliyindən Mao Xinqin, turizm və alış-verişin zirvəsində üz tanıma sisteminin böyük bir səmərəlilik təmin edəcəyi fikrindədir.

Ant Financial'in sədri Yang Peng, Alipay'nın ödəmə sistemini 3D kamera ilə yaxşılaşdırdığını və 99.99% -ə qədər zəmanətli dəqiqliyə sahib olduğunu söylədi.

Plana görə, Wenzhou'nun digər alış-veriş sahələrində üz tanıma sistemi tətbiq ediləcək.

Ticarət Nazirliyinin vitse-prezidenti Dai Wenhu, Wenzhou'nun Alibaba kimi qabaqcıl rəqəmsal texnologiyalardan istifadə edərək ənənəvi ticarət modelini inkişaf etdirmək istədiklərini söylədi. Layihə, mobil ödənişləri dəstəkləmək və müştəri ehtiyaclarını daha yaxşı müəyyən etmək üçün hardware istehsalçıları ilə də işləyir.

 

Texnologiya   Baxılıb: 1055   Tarix: 2020-05-23



DİGƏR MARAQLI XƏBƏRLƏR