Walmart-ın sahibi Walton ailəsinin var-dövlətini sayaq

Walmart-ın sahibi Walton ailəsinin var-dövlətini sayaq Dövriyyəsinə görə dünyanın ən böyük şirkəti olan "Walmart"ın sahibi Walton ailəsi "Sunday Times" tərəfindən yayımlanan dünyanın ən varlı 100 adamı siyahısında ilk 10luda olan yerə çıxıb

Dövriyyəsinə görə dünyanın ən böyük şirkəti olan "Walmart"ın sahibi Walton ailəsi "Sunday Times" tərəfindən yayımlanan dünyanın ən varlı 100 adamı siyahısında birinci yerə çıxıb.
"Marja" xəbər verir ki, İngiltərədə nəşr edilən qəzet, Walton ailəsinin cəmi sərvətinin 175 milyard dollar olduğunu açıqlayıb. Fərdi olmasa da, ailə, dünyanın ən varlı adamı olan Amazon-un qurucusu Cef Bezosun 112 milyard dollarlıq sərvətini geridə qoymuşdur.
ABŞ-da siyasi baxımdan nüfuzları olan Charles və David Koch qardaşları da 120 milyard dollar məbləğindəki sərvətilə 2-ci yeri tuturlar.
Eyni zamanda, dünyanın ən varlı qadını Walton ailəsindədir. Walmart-ın qurucusu Sam Walton-un qızı olan 68 yaşlı Alisa Walton 40 milyard dollardan artıq varidata sahibdir.

İqtisadiyyat   Baxılıb: 1026   Tarix: 2020-10-07



DİGƏR MARAQLI XƏBƏRLƏR