Xruşşovun SSRİ-də rubl ilə etdiyi fokuslar

Xruşşovun SSRİ-də rubl ilə etdiyi fokuslar 1961-ci il pul islahatı - pulu kim və necə ağıllı bir şəkildə dəyişdirdi.

60 il əvvəl, 1961-ci ildə SSRİ-də başqa bir pul islahatı aparıldı. Müharibədən sonra Sovet xalqı artıq aclıq çəkmirdi. Lakin,eyni zamanda, ölkədə istehlak mallarının müəyyən bir çatışmazlığı görünməyə başladı.  Maaşlar böyüməsə də, istehlak malları hələ də az idi və bu da hökumətin 1947-ci ildən sonra növbəti bir pul islahatı məsələsini qaldırmasına səbəb oldu. Bu isə öz növbəsində 1950-ci illərin sonuna qədər pul bazarında inflyasiya meyllərinə gətirib çıxardı.

1950-ci illərin sonunda SSRİ Maliyyə Nazirliyi ölkənin əmanət banklarında nağd pul çatışmazlığı olduğunu qeyd etdi. 1959-cu ilin nəticələrindən sonra Maliyyə Nazirliyi ölkədə ticarət planının ardıcıl oaraq uzun müddət yerinə yetirilməməsi səbəbindən SSRİ Dövlət Bankının kassalarına nağd pul çatışmazlığınına diqqət çəkdi. Nəticə etibarilə SSRİ Nazirlər Sovetinin 4 may 1960-cı il tarixli 470 saylı fərmanıyla yeni pul islahatına start verildi.

Həmçinin qeyd etmək lazımdır ki, 1961-ci ilin martında Sov.İKP Mərkəzi Komitəsinin Rəyasət Heyətinə SSRİ Maliyyə Nazirliyinin tərəfindən təqdim edilən məxvi məlumatda qiymətlərin artması və artan idxalın bahalaşması səbəbindən Sovet İttifaqı rublunun son on ildə (1960-cı ilə qədər) məzənnəsinin dörddə biri qədər (25%) aşağı düşdüyü deyilirdi. Bu pul islahatını daha da sürətləndirdi. Amma Xalqın "müsadirəçi" adlandırdığı 1947-ci il pul islahatından fərqli olaraq, bu dəfə əhaliyə əvvəlcədən pulun dəyişdirilməsi barədə xəbərdarlıq edildi. 1961-ci ildə yeni dizayndakı əskinaslar buraxılmağa başlandı və üç ay ərzində bütün maraqlanan vətəndaşlar köhnə pullarını yenisinə dəyişdirə bildilər. Bunun üçün heç bir çətinlik yox idi.

Yeri gəlmişkən, 1961-ci ilə qədər 1dollar 4 rubl məzənnəsi, islahatlar nəticəsində daxili qiymətlər və maaşlar kimi 10 dəfə deyil, yalnız 4.44 dəfə dəyişikliyə uğradı və islahatlardan sonra məzənnə 1 dollar= 90 qəpik oldu.

Pul islahatının maraqlı foksu ondan ibarət oldu ki, qiymətlər və tariflər yenidən hesablandıqda, 1 qəpiyin yarım qəpik və yuxarı hissənin kəsr hissəsi tam qəpiyə qədər artdı. Məsələn 1,5 qəiyə satılan məhsul 2 qəpik oldu. Bundan başqa bir çox məmurla ticarət işçiləri ilə əlbir olaraq gec xarab olan malları (xəz, dəri, mebel vəs) pul dəyişilməzdən əvvəl köhnə pulla alaraq, daha sonra onarı yeni qiymətlərlə satışa çxartdılar. 

 

İqtisadiyyat   Baxılıb: 1192   Tarix: 2021-02-15



DİGƏR MARAQLI XƏBƏRLƏR