Yaponiya rəqəmsal texnologiyaların inkişafına 9,6 milyard dollar ayırmağı planlaşdırır

Yaponiya rəqəmsal texnologiyaların inkişafına 9,6 milyard dollar ayırmağı planlaşdırır Yaponiya altıncı nəsil (6G) mobil rabitə sistemləri sahəsində liderlik əldə etmək məqsədi ilə ölkədə rəqəmsal texnologiyaların inkişafına bir trilyon yendən (təxminən 9,6 milyard dollar) çox vəsait ayırmağı planlaşdırır.

Xüsusilə bu vəsaitlər onlayn təqdim olunan dövlət xidmətlərinin siyahısını genişləndirmək, müxtəlif kartlar üçün bal sistemi inkişaf etdirmək, habelə beşinci və altıncı nəsillərin mobil rabitə sistemlərini tanıtmaq və inkişaf etdirmək üçün istifadə ediləcəkdir.

Xatırladaq ki, bu ilin avqust ayında öz hökumətini qurarkən Baş nazir Suga tərəfindən Yaponiyada Rəqəmsal İslahatlar Naziri vəzifəsi yaradılıb.

 

İqtisadiyyat   Baxılıb: 1105   Tarix: 2020-12-08



DİGƏR MARAQLI XƏBƏRLƏR