Yüksək maaşla minimum əmək haqqı arasında fərq: Məyusedici mənzərə

Yüksək maaşla minimum əmək haqqı arasında fərq: Məyusedici mənzərə İlk dəfə rəsmi olaraq Azərbaycanda median əmək haqqının səviyyəsi açıqlanıb.

Əmək Nazirliyinin məlumatına görə, median əmək haqqı 343 manat təşkil edir. Median əmək haqqı iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçirlərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğə bərabərdir.

İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda median əmək haqqının 343 manat olması o deməkdir ki, 1.8 milyon nəfərə yaxın muzdlu işçinin az qala 900 min nəfərinin məvacibi 343 manat və ondan aşağı səviyyədədir. 

Hazırda orta maaşın 700 manatdan bir qədər yüksək olduğunu nəzərə alsaq, deməli median maaş orta əmək haqqının 48%-nə bərabərdir. OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) statistikasına görə, median və orta məvacib arasında fərq inkişaf etmiş və bir sıra Şərqi Avropa ölkələrində 10-25% arasında dəyişir. Azərbaycanda bu göstəricinin 2 dəfədən çox olması diqqəti çəkir. Müqayisə üçün deyim ki, Rusiyada hazırda median maaş orta əmək haqqının 71%-nə bərabərdir. 
 
Bir qayda olaraq yüksək maaşla minimum əmək haqqı arasında fərqin böyük olduğu, eləcə də daha çox insanın aşağı maaşla çalışdığı ölkələrdə bizdəki mənzərə alınır - median maaş orta əmək haqqından əhəmiyyətli dərəcədə aşağı, minimum maaşa isə daha yaxın olur. Çox heyf ki, açıqlanan statistikada özəl və dövlət sektorunun hər biri üzrə median maaşın məbləği ayrıca göstərilməyib. Əlavə olaraq, Nazirlik median pensiyalaırn da məbləğini açıqlasa, bu sahədə də mənzərə aydın görünərdi/qaynarinfo.az
İqtisadiyyat   Baxılıb: 1123   Tarix: 2021-02-17



DİGƏR MARAQLI XƏBƏRLƏR