Zelenski rəsmən Ukrayna prezidenti oldu

Zelenski rəsmən Ukrayna prezidenti oldu Ali Rada binasında Zelenski and içdi.

Bu gün, Kiyevdə Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimi baş tutub.

İnaqurasiya mərasimində Litva Prezidenti Dalya Qribauskayte, Macarıstan Prezidenti Yanoş Ader, Latviya Prezidenti Raymonds Veyonis, Estoniya Prezidenti Kersti Kalyulayd, Gürcüstan Prezidenti Salome Zurabişvili olmaqla 5 ölkənin də prezidentləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edir.

Mərasimin təntənəli hissəsindən sonra yeni prezident xarici dövlət başçıları və hökumət üzvləri ilə Prezident Administrasiyasında görüşəcək.

 

Dünya   Baxılıb: 1060   Tarix: 2019-05-20



DİGƏR MARAQLI XƏBƏRLƏR